
İş yeri
Bakı və tikinti layihələri üzrə sahələr
İş qrafiki
Tam iş günü
Vəzifə öhdəlikləri
Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qaydaların tətbiqinə və icrasına nəzarət etmək;
Tikinti işləri başlamazdan əvvəl risklərin qiymətləndirilməsini həyata keçirmək və təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək;
İşçilər üçün ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlandırmalarını keçirmək;
Tikinti meydançasında gündəlik yoxlamalar aparmaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə hesabat hazırlamaq və onların aradan qaldırılmasına nəzarət etmək;
Hündürlükdə işlər, qaldırıcı mexanizmlər, qazıntı işləri, elektrik işləri və digər yüksək riskli fəaliyyətlər üzrə təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə nəzarət etmək;
Qəza, insident və təhlükəli hallar üzrə araşdırmalar aparmaq, səbəbləri təhlil etmək və qabaqlayıcı tədbirlər hazırlamaq;
Fövqəladə hallara hazırlıq planlarının hazırlanmasında və təlimlərin keçirilməsində iştirak etmək;
SƏTƏM üzrə aylıq, həftəlik və gündəlik hesabatları hazırlamaq;
Podratçı və subpodratçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
Dövlət qurumlarının yoxlamaları zamanı lazımi sənədləri təqdim etmək və prosesdə iştirak etmək.
Namizədə tələblər
Ali təhsil (Mühəndislik, Tikinti, Əməyin mühafizəsi və ya uyğun ixtisaslar üzrə);
Tikinti sahəsində SƏTƏM üzrə minimum 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyini bilmək;
Risklərin qiymətləndirilməsi və təhlükəsizlik auditlərinin aparılması bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Hesabat hazırlamaq və sənədləşdirmə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
SƏTƏM sahəsində beynəlxalq sertifikatların (NEBOSH, IOSH və s.) olması üstünlükdür.
Şəxsi keyfiyyətlər
Liderlik və təşəbbüskarlıq;
Yüksək məsuliyyət hissi;
Nizam-intizamlı və nəticəyönümlü olmaq;
Stress altında işləmək bacarığı.
Şirkət təklif edir
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Rəqabətqabiliyyətli əməkhaqqı;
Peşəkar inkişaf və təlim imkanları;
Dinamik və peşəkar iş mühiti;
Karyera yüksəlişi perspektivi.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "SƏTƏM Mütəxəssisi" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər və ya 050-268-83-34 nömrəsi ilə əlaqə saxlaya bilərlər.