
Şirkətimizə tikinti sahəsində çalışmaq üçün SƏTƏM mühəndisi axtarılır.
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət etmək;
İşçilərin təhlükəsizlik qaydalarına əməl etməsini təmin etmək;
Gündəlik sahə yoxlamalarını həyata keçirmək;
Riskləri müəyyən etmək və qabaqlayıcı tədbirlər görmək;
Təhlükəli hallar və pozuntular barədə rəhbərliyə məlumat vermək;
Fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına nəzarət etmək;
İşçilərə təhlükəsizlik üzrə təlimatların keçirilməsini təşkil etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik üzrə sənədləşməni aparmaq;
Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
Tikinti sahəsində ekoloji və sanitar tələblərə riayət olunmasına nəzarət etmək.
Tələblər:
Ali təhsil;
Tikinti sahəsində SƏTƏM üzrə iş təcrübəsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə bilik;
Məsuliyyətli və diqqətli olmaq;
Operativ qərar qəbul etmək və komandada işləmək bacarığı;
MS Office proqramlarını bilmək.
Maraqlanan namizədlər CV-lərini və ya müraciətlərini birbaşa [email protected] elektron poçt ünvanına göndərə bilərlər.