
Vəzifə öhdəlikləri:
İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;
İstehsalatda zədələnmə səbəblərinin analizi, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
Müvafiq nümayəndələr ilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;
İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;
Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;
Namizədə tələblər:
Ali təhsil;
Müvafiq vəzfə üzrə minimum 1 il iş təcrübəsi (mütləqdir);
MS Excel və Word proqramlarından istifadə.
Diqqətlilik, məsuliyyət və tələbkarlıq.
SƏTƏMM üzrə tələb olunan yerli və beynəlxalq sertifikatların olması
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları;
Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli;
İş şəraiti:
Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin edilir;
İş qrafiki: 5 günlük
İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.