SƏTƏM sahəsində ilkin bilikləri olan və bu istiqamətdə öyrənərək işləmək və inkişaf etmək istəyən namizədlərə tərəfimizdən dəstək göstəriləcəkdir.
Vəzifə öhdəlikləri:
Yeni layihələr üzrə SƏTƏM Planı, Risklərin Qiymətləndirilməsi və digər tələb olunan SƏTƏM sənədlərinin hazırlanması;
SƏTƏM mövzuları üzrə təlimlərin təşkili və keçirilməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi;
İş sahələrində təhlükəsizlik tələblərinə əməl olunmasının mütəmadi yoxlanılması.
Tələblər:
Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
Rus və ingilis dili bilikləri;
SƏTƏM sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
SƏTƏM sahəsində ilkin biliklərə malik olmaq və bu istiqamətdə öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi;
İş saatları: 09:00–18:00 (şənbə günü 09:00–15:00);
Əmək haqqı: 800 AZN;
İş yeri: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 5-ci küçə 58;
İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun həyata keçirilir.
Müraciət üçün CV formasını mövzu yerinə “SƏTƏM mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur