Vakansiya haqqında məlumat:
Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək;
İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək;
İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsinə nəzarət etmək;
Əməyin mühafizəsi üzrə kurslar və təlimlər təşkil etmək;
Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində müxtəlif təlimlər keçmək;
Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək;
Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına nəzarət etmək;
Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin təşkil etmək;
Üçüncü tərəf təşkilatlar ilə (FHN, Dövlət Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı və s.) qarşılıqlı əlaqələr qurmaq;
İstesalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin tədqiqatında iştirak etmək və bədbəxt hadisələrin uçotunu aparmaq;
İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək;
Tələblər:
Ali təhsil;
Müvafiq iş üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq və yazı
Müvafiq sertifikata malik
Fəaliyyətinə aid olan normativ və metodiki materialları;
Çeviklik və uyğunlaşma bacarığı;
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
İş şəraitinin şərtləri
Ə/h- 1041,42 Azn Gross
İş yeri: Bərdə rayonu Mollagüllər k və Cəyirli k
CV-nizi başlıqda "SƏTƏM üzrə mütəxəssis" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.