
Vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
Əməyin mühafizəsi üzrə təlimatların hazırlanmasını və tətbiqini təmin etmək;
Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatını keçirmək;
SƏTƏM üzrə təlimat jurnallarının düzgün aparılmasına və imzalanmasına nəzarət etmək;
Müntəzəm sahə yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aradan qaldırılması üçün tədbirlər görmək;
İşçilərin əməyin mühafizəsi ilə bağlı müraciətlərini araşdırmaq və müvafiq tədbirlər görmək;
Görülmüş işlər və yoxlamaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
Şirkətin daxili qaydalarına, müəyyən edilmiş standart və prosedurlara, həmçinin əmək qanunvericiliyinin tələblərinə riayət etmək;
Vəzifə üzrə verilmiş tapşırıqları vaxtında, keyfiyyətlə və məsuliyyətlə yerinə yetirmək;
İstifadəsində olan material və inventarlardan düzgün istifadə etmək və onların qorunmasını təmin etmək.
Namizədə tələblər
Yaş: 25 – 45;
SƏTƏM sahəsində təcrübə 3-5 il;
Kompüter bilikləri;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək və ünsiyyət bacarığı.
İş rejimi və əmək haqqı:
Əmək haqqı – 800-1000 AZN (müsahibə əsasında müəyyən ediləcək)
İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM Mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.