Namizədə olan tələblər:
Ali təhsil;
Linux administrasiyası üzrə güclü praktiki təcrübə; RHEL ilə iş təcrübəsi böyük üstünlükdür;
Şəbəkə texnologiyaları, DNS, TLS, reverse proxy, yüksək əlçatanlıq (HA) və informasiya təhlükəsizliyinin əsas prinsipləri üzrə yaxşı anlayış;
CI/CD proseslərinin qurulması və dəstəklənməsi üzrə praktiki təcrübə; GitLab CI/CD ilə iş təcrübəsi arzuolunandır;
Docker və Kubernetes (K8s) ilə praktiki iş təcrübəsi;
Ansible və digər avtomatlaşdırma vasitələri ilə praktiki təcrübə;
Monitorinq, mərkəzləşdirilmiş loglaşdırma və observability prinsipləri üzrə anlayış və praktiki təcrübə;
Dil bilikləri: Azərbaycan dili – səlis, rus dili – əla, ingilis dili – arzuolunandır.
Vəzifə öhdəlikləri:
Optimal məhsul və marka portfelinin formalaşdırılması üçün bazar araşdırılmasının müəyyən edilmiş seqmentləşdirməyə əsasən edilməsi;
Linux serverlərinin (RHEL, Ubuntu, Oracle Linux) quraşdırılması, konfiqurasiyası və idarə edilməsi;
Linux sistemləri üzrə korporativ standartların hazırlanması və sənədləşdirilməsi;
CI/CD pipeline-larının (GitLab CI/CD) qurulması və dəstəklənməsi;
Ansible ilə infrastrukturun avtomatlaşdırılması (IaC) ;
Docker/Kubernetes əsaslı konteyner infrastrukturunun idarə edilməsi;
DNS, TLS, reverse proxy və HA həllərinin konfiqurasiyası;
Monitorinq (Prometheus/Grafana, Zabbix) və mərkəzləşdirilmiş loglaşdırma (ELK) sistemlərinin qurulması;
Firewall və əsas təhlükəsizlik tədbirlərinin tətbiqi;
Development komandaları ilə əməkdaşlıq, DevOps təcrübələrinin yayılması;
Az təcrübəli əməkdaşlara mentorluq və bilik ötürülməsi;
Legacy sistemlərin Windows-dan Linux-a miqrasiyası;
İnsidentlərin diaqnostikası, həlli və sənədləşdirilməsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Port Baku Tower 2;
Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Senior Linux System Administrator” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2562&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.