
İş Təsviri
Vakansiya: Sobaçı
İş şəraiti:
Ünvan: Əhmədli m/st., Məhəmməd Hadi küç. 55;
Əmək haqqı: 600–800 AZN;
İş saatı: 09:00–17:00;
İstirahət günü: Bazar günü;
Nahar: Şirkət tərəfindən təmin olunur.
Namizədə tələblər:
Bəy namizədlər;
Yaş: 22–35;
Şirniyyat məhsullarının bişirilməsi sahəsində minimum 1 il iş təcrübəsi;
Şəxsi gigiyena, sanitariya və təhlükəsizlik qaydalarına riayət etmək;
Diqqətli, çevik və məsuliyyətli olmaq;
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Sobaların daim təmiz, işlək və istifadəyə hazır vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Sobada bişirilən şirniyyat məhsullarının bişmə prosesini və keyfiyyətini izləmək;
Məhsulların müəyyən edilmiş temperatur və bişirmə standartlarına uyğun hazırlanmasını təmin etmək;
Temperatur və rütubət rejimlərinə nəzarət etmək;
Avadanlıqların fasiləsiz və düzgün işləməsini təmin etmək;
Avadanlıq və inventarın təmizliyinə, düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək;
İstehsal zamanı məhsul itkisi və tullantıların minimuma endirilməsinə diqqət yetirmək;
İş gününün sonunda sobaların təhlükəsizlik qaydalarına uyğun şəkildə söndürülməsini təmin etmək.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-sini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Həmçinin namizədlər 055 208 58 95 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.