
AZERA Holding daxilində fəaliyyət göstərən Baku Medical Plaza Babək filialı komandamıza yaradıcı, dinamik və nəticəyönümlü Sosial Media və Marketinq Mütəxəssisi axtarır.
Əsas vəzifələr:
Sosial media hesablarının gündəlik idarə olunması;
Sosial media üçün aylıq və həftəlik kontent planlarının hazırlanması;
Kreativ foto, video, Reels və digər vizual kontentlərin hazırlanmasının təşkili;
Paylaşımlar üçün kreativ mətnlərin hazırlanması və redaktəsi;
Instagram, Facebook, TikTok və digər platformalarda aktivliyin artırılması;
Sosial media trendlərinin mütəmadi izlənilməsi və tətbiqi;
Reklam kampaniyalarının hazırlanması və idarə olunmasında iştirak;
Reklam nəticələrinin və auditoriya göstəricilərinin təhlili;
Rəqiblərin sosial media və marketinq fəaliyyətinin monitorinqi;
Filialın xidmətlərinin sosial media üzərindən effektiv tanıdılması;
Kampaniya, aksiya və xüsusi günlər üçün kreativ ideyaların hazırlanması;
Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması;
Şirkətin korporativ üslubuna və kommunikasiya standartlarına uyğun kontentin hazırlanması.
Namizədə dair tələblər:
Sosial media və marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
SMM və rəqəmsal marketinq üzrə praktiki biliklər;
Sosial media platformalarının iş prinsiplərini yaxşı bilməsi;
Meta Business Suite və reklam alətləri ilə işləmə bacarığı üstünlükdür;
Canva, CapCut və digər dizayn/video proqramları ilə işləmə bacarığı;
Kreativ düşüncə və yeni ideyalar yaratmaq qabiliyyəti;
Güclü kommunikasiya və yazılı nitq bacarığı;
Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
Rus dilini orta səviyyədə bilmək;
İngilis dili arzuolunandır;
Microsoft Office proqramları üzrə yaxşı istifadə bacarığı;
Analitik düşüncə və nəticələri təhlil etmək bacarığı;
Operativlik, məsuliyyətlilik və detallara diqqət;
Komandada işləmək və bir neçə tapşırığı paralel idarə etmək bacarığı.
İş yeri: Baku Medical Plaza Babək filialı
Əməkhaqqı: 1000 AZN
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yaradıcı ideyalarınızı real nəticələrə çevirmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!