İş şəraiti
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Çinar Park Biznes Mərkəzi, 2-ci bina, 3-cü mərtəbə, 309-cu otaq
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–17:00; 6-cı gün qısa iş saatı
Əmək haqqı: 800–1000 AZN
Əsas Fəaliyyət İstiqamət: Tikinti təmir və yenidənqurma
Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi
Vəzifə öhdəlikləri
Tikinti şirkətin sosial media hesablarının idarə olunması və gündəlik nəzarəti;
Sosial media üçün kontent planının hazırlanması və paylaşımların təşkili;
Şirkətin fəaliyyətinə uyğun mətn və vizual kontentlərin hazırlanması;
Sosial media göstəricilərinin izlənilməsi və hesabatların hazırlanması;
Gələn müraciətlərin və mesajların cavablandırılması;
Ofis daxilində gündəlik administrativ işlərin təşkili;
Sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinə dəstək;
Rəhbərliyin gündəlik inzibati tapşırıqlarının icrası.
Tələblər
SMM və ya administrativ sahədə İş təcrübəsi: 3-5 il
Sosial media platformaları haqqında yaxşı bilik;
Canva və digər dizayn proqramlarından istifadə bacarığı;
MS Office proqramlarını bilmək;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq;
Rus və ingilis dili biliyi üstünlükdür;
Təşkilatçılıq və kommunikasiya bacarığı;
Məsuliyyətli, operativ və diqqətli olmaq;
Komandada işləmək bacarığı.
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.