
Şirkətimizin marketinq və sosial media fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə komandamıza Reels Maker / Content Creator vəzifəsinə namizəd axtarılır.
Namizədə dair tələblər:
Foto və video çəkiliş üzrə yüksək səviyyədə praktiki bacarıq;
Video montaj və peşəkar edit proqramları ilə işləmək bacarığı;
Instagram və TikTok platformalarının alqoritmləri və kontent xüsusiyyətləri barədə məlumatlılıq;
Geyim və moda sektoruna maraq və bu sahədə inkişaf etmək istəyi;
Kreativ düşüncə və yeni kontent ideyaları irəli sürmək bacarığı;
Sosial media trendlərini izləmək və onları brendin konsepsiyasına uyğun tətbiq etmək bacarığı;
Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı.
Üstünlük veriləcək:
Kamera qarşısında rahat və sərbəst çıxış etmək bacarığı;
Yüksək təqdimat və kommunikasiya bacarığı;
Geyim və ya retail sektorunda müvafiq iş təcrübəsi;
Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.
Maraqlanan namizədlərdən CV və portfolio-larını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.