
İşəgötürən: Elan saytı (YSD Qrup)
Cins: Qadın
Təhsil: Orta təhsil (Ali təhsil arzuolunandır)
Yaş: 19-29 aralığında
Təcrübə: Ən azı 6 ay
Tələb olunan biliklər:
Səliqəli, ünsiyyətcil, xarici görünüşü normal aktiv və məsuliyyətli olmalı; kamera qarşısında rahat, şən danışmalı; TikTok və sosial media platformalarından istifadə etməyi bacarmalıdır.
TikTok səhifəsində çalışmağı və canlı yayım aparmağı bacarmalı,
Kompüterdə və sosial şəbəkələrdə işləməyi bacarmalı,
Sosial media postları üçün qısa kreativ mətn hazırlamağı bilməli,
İnShot, CapCut, Photoshop və s. proqramlarda foto və video postlar hazırlamağı bacarmalı,
Azərbaycan dilini əla, Rus dilini danışıq səviyyəsində bilməli.
Vəzifələr:
TikTok-da gün ərzində səhər və axşam saatlarında hər birində 2 saat olmaqla (cəmi 4 saat) canlı yayım aparmalı (üzü canlı yayımda görünməlidir. Namizədin siması, səsi ekran üçün cəlbedici olmalı, şən danışığı, hərəkətləri ilə izləyiciləri canlı yayımda saxlamağı bacarmalıdır),
Gün ərzində siması (üzü) görünməklə ilkin 5 elanın video postunu hazırlamalı və TikTok-da paylaşmalı,
Elanları qruplaşdıraraq karusel foto-post üslubunda İnstagram və TikTok səhifələrində paylaşılması
İnstagram, Facebook və Tiktok səhifələrində müraciətlərinin cavablandırılması
Əməkhaqqı: 600 manatdan başlayacaq, sonra artırılacaq.
İş saatı: 09:00 - 18:00
İş günləri: I - VI günlər
İstirahət günü: Bazar
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Qarabağ atları küçəsi
Vacib qeyd: Ağ Şəhər ətrafında (Keşlə, NZS), 28 May, Xətai, Neftçilər, Xalqlar Dostluğu, Həzi Aslanov metro stansiyaları yaxınlığında yaşayan namizədlərin müraciət etmələri xahiş olunur.
Müraciət qaydası:
Maraqlanan namizədlər “Elan saytına Sosial Media Meneceri (SMM) ” yazaraq 051 344 09 10 nömrəsinin Vatsapına şəkilli CV-sini göndərə bilərlər. Yalnız CV-si tələblərə uyğun olan namizədlərə geri dönüş ediləcəkdir.Zəng ilə müraciətlər qəbul edilmir.CV-də doğum tarixindən son iş yerinədək məlumatlar aydın şəkildə göstərilməlidir.