
“TƏHSİL TV” komandası “Reels Maker” (Video məzmun yaradıcısı) vakansiyası elan edir!
Sosial media platformaları üçün dinamik, yaradıcı və baxımlı video məzmunlar hazırlamağı bacaran namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Sosial media platformaları üçün qısa video məzmunların çəkilişini və montajını həyata keçirmək;
Televiziyanın fəaliyyət istiqamətinə uyğun yaradıcı video ideyaları hazırlamaq və reallaşdırmaq;
Çəkiliş prosesində iştirak etmək, video materialları montaja hazırlamaq və yekun məhsulu təqdim etmək;
Sosial media trendlərini izləmək və onları məzmun istehsalında tətbiq etmək;
Hazırlanan videoların keyfiyyətini və vizual standartlara uyğunluğunu təmin etmək.
Namizəddən tələblər:
Video çəkilişi və montaj sahəsində bilik və təcrübə;
CapCut, Adobe Premiere Pro və ya digər montaj proqramları ilə işləmək bacarığı;
Yaradıcı düşüncə, vizual zövq və detallara diqqət;
Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Məsuliyyətlilik və peşəkar iş yanaşması.
İş şəraiti:
İş qrafiki: Həftəiçi, saat 09:00–18:00;
İş yeri: “TƏHSİL TV”-nin ofisi;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən, razılaşma yolu ilə.
Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 5 noyabr