
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
Təmizlik cədvəlinin hazırlanması və iş bölgüsünün həyata keçirilməsi;
Təmizlik işçilərinin rəhbərliyi, motivasiyası və təlimi. İşçilərin performansını izləmək və qiymətləndirmək;
Təmizlik standartlarının qorunması üçün mütəmadi olaraq yoxlamalar aparmaq və nəticələri analiz etmək;
Təmizlik məhsulları və avadanlıqlarının monitorinqi, ehtiyacların müəyyənləşdirilməsi və sifarişlərin verilməsi;
Təmizlik xidmətləri üçün büdcənin hazırlanması, xərclərin izlənməsi və effektiv idarə olunması;
Təmizlik prosedurlarında təhlükəsizlik və sağlamlıq qaydalarının tətbiq olunması;
Təmizlik proseslərini optimallaşdırmaq üçün yeni metod və texnologiyaların tətbiqi;
İllik və aylıq hesabatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
Ali və orta təhsil;
Təmizlik sahəsində rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
Kimyəvi vasitə və təmizlik avadanlıqlarından düzgün istifadəni qaydalarını bilmək;
Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş rejimi: 5 günlük;
İş yeri: Qəbələ şəhəri;
İşçi telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Təmizlik işləri üzrə supervisor” başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.