Vəzifə öhdəlikləri
Qurğu heyətinin, podratçıların və üçüncü tərəf xidmət şirkətlərinin fəaliyyətini əlaqələndirmək;
Qurğunun quraşdırılması (Rig-Up), sökülməsi (Rig-Down) və quyu servis işlərinə rəhbərlik etmək;
Quyu parametrlərini, təzyiqləri və əməliyyat göstəricilərini daimi nəzarətdə saxlamaq;
Əməyin mühafizəsi, sağlamlıq və ətraf mühit (HSE) siyasətinə, həmçinin quyuya nəzarət (Well Control) prosedurlarına riayət olunmasını təmin etmək.;
Boruların qaldırılması və endirilməsi (Tubing Operations), quyunun tamamlanması (Completion), tutma əməliyyatları (Fishing), frezləmə (Milling), sementləmə (Cementing) və stimullaşdırma (Stimulation) işlərinə nəzarət etmək;
Qurğunun və əlaqəli avadanlıqların düzgün istismarını və texniki sazlığını təmin etmək;
Təhlükəsizlik üzrə gündəlik təlimatlar (Toolbox Talk), İş Təhlükəsizliyi Təhlili və təhlükəsizlik iclaslarını təşkil etmək;
Qurğunun iş səmərəliliyini artırmaq və qeyri-məhsuldar vaxtı (NPT) minimuma endirmək;
Podratçı və servis şirkətləri ilə işləmək, əməliyyatların koordinasiyası və komandanın idarə etmək
Namizədə tələblər
Ali təhsil (Neft-Qaz Mühəndisliyi, Neft-Qaz Qurğuları Mühəndisliyi, Neft-Qaz Mədən Avadanlıqları və ya digər müvafiq texniki ixtisas);
Quyuların əsaslı təmiri və ya qazma əməliyyatları sahəsində minimum 8 il iş təcrübəsi;
Supervayzer vəzifəsində minimum 5 il iş təcrübəsi;
“Slickline”, “Coiled Tubing” və digər quyu müdaxilə əməliyyatları üzrə praktiki biliklər;
Texniki hesabatların hazırlanması və əməliyyat sənədlərinin aparılması bacarığı;
Operativ qərarvermə, problem həll etmə və liderlik bacarıqları;
İngilis və rus dili bilikləri tələb olunur;
“IWCF” və ya “IADC Well Control” sertifikatının olması üstünlükdür;
İş şəraiti:
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.