
Zəncəfil Restoranı komandamıza peşəkar və məsuliyyətli Restoran Supervayzeri (xanım) axtarır.
Əgər restoran sahəsində təcrübəniz, komandaya rəhbərlik etmək bacarığınız və müştəri məmnuniyyətinə yönümlü yanaşmanız varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Tələblər:
Xanım namizəd;
28–45 yaş aralığı;
Restoran sahəsində 3–5 il iş təcrübəsi;
Dünya və yerli mətbəx haqqında məlumatlı olmaq;
Komanda ilə işləmək və komandanı idarə etmək bacarığı;
Korporativ və fərdi rezervasiyaların təşkilinə nəzarət etmək;
Rus dilini bilmək mütləqdir, ingilis dili üstünlükdür.
Əsas vəzifələr:
Restoranın gündəlik fəaliyyətinə nəzarət;
Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin edilməsi;
Komandanın işinin koordinasiyası;
Korporativ və fərdi rezervasiyaların idarə olunması;
Restoran standartlarına və xidmət qaydalarına riayət olunmasına nəzarət.
Təklif edirik
Rəsmi əməkhaqqı: 1000 AZN + %
Həftədə 6 iş günü;
Növbəli iş qrafiki;
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Ağ Şəhər, Babək prospekti, City Park Mall, Zəncəfil Restoranı
Müraciət: 099 225 10 07 nömrəsi ilə WhatsApp üzərindən yazılı şəkildə müraciət edə bilərsiniz.
CV-nizi göndərərkən müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Sizi peşəkar komandamızın bir parçası olaraq görməkdən məmnun olarıq!