
Şirinpay restoranı komandamıza təcrübəli, məsuliyyətli “Supervayzer” axtarırıq
Vəzifə öhdəlikləri:
Restoranın gündəlik fəaliyyətinin ümumi idarə olunmasını və iş prosesinin fasiləsiz təşkilini təmin etmək
Restoran əməkdaşlarının iş bölgüsünü aparmaq, işə davamiyyətinə və iş intizamına nəzarət etmək
Zal, bar və kassa əməkdaşlarının fəaliyyətini koordinasiya etmək
Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etmək
Sifarişlərin düzgün qəbul olunmasını, hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək
Müştəri məmnuniyyətini daim nəzarətdə saxlamaq və yaranan narazılıqları operativ şəkildə həll etmək
Barın iş prosesinə, məhsulların düzgün istifadəsinə və xidmət standartlarına nəzarət etmək
Kassa əməliyyatlarının düzgün aparılmasını, ödənişlərin və hesablaşmaların qaydalara uyğun həyata keçirilməsini yoxlamaq
Mətbəx, bar, kassa və zal arasında düzgün iş koordinasiyasını təmin etmək
Restoranda təmizlik, səliqə, xidmət keyfiyyəti və daxili standartların qorunmasına nəzarət etmək
İş zamanı yaranan operativ problemləri vaxtında müəyyənləşdirmək və həll yolları tapmaq
Yeni əməkdaşların iş prosesinə uyğunlaşmasına və restoran qaydalarını mənimsəməsinə dəstək olmaq
İşçilərin xidmət səviyyəsini qiymətləndirmək və zəruri hallarda rəhbərliyə məlumat vermək
Restoranın məhsul və materiallarından düzgün və səmərəli istifadəyə nəzarət etmək
Gündəlik iş prosesi, kassa və digər vacib məsələlərlə bağlı rəhbərliyə məlumat vermək
Namizədə tələblər:
Restoran və ya xidmət sahəsində müvafiq vəzifə üzrə 2-3 il iş təcrübəsi
Bar və kassa əməliyyatları anlayışının olması və bu sahələrdə iş prosesinə nəzarət edə bilmək
Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı
Güclü ünsiyyət və liderlik qabiliyyəti
Yaranan problemləri operativ şəkildə həll etmək və düzgün qərar vermək bacarığı
İş prosesini düzgün planlaşdırmaq və vaxtı səmərəli idarə etmək
Azərbaycan dilində səlis danışıq bacarığı , rus dili və ingilis dili biliyi üstünlükdür
İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
İş yeri: Şirinpay restoranı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Supervayzer” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.