
Öhdəliklər:
Qanunvericiliklə tələb olunan bütün sürücülük sənədləri və taxoqraf kartının olmağı vacibdir. BCE kateqoriyalı sürücülük vəsiqəsi. ( taxoqraf kartinin alınması ödənişli əsasla Şirkət tərəfindən təmin edilə bilər)
Avtonəqliyyat vasitələri ( Tent və Ref tipli avtomobil) ilə yüklərin beynəlxalq daşınmasını yerinə yetirmək
Yüklərin təyinat məntəqəsinə (Türkiyə, Rusiya, Ukrayna, Belarusiya, Avropa) təhlükəsiz və müəyyən edilmiş vaxtda çatdırılması
Nəqliyyat vasitəsinə müvafiq texniki xidmətin və bütün növ təmirin vaxtı-vaxtında şirkətin qarajında göstərilməsinə nəzarət etmək. Ehtimal olunan nasazlıq zamanı rəhbərliyə məlumatın verilməsi və nasazlıqların aradan qaldırılmasında texniki dəstək göstərilməsi.
Əmək haqqı istiqamətin reysinə görə hesablanır.
Baza səviyyəsində rus dili biliyi vacibdir.
Beynəlxalq daşımalarda təcrübəsi olması mütləqdir, intizamlı, məsuliyyətli və dəqiq işçiləri şirkətimizdə görməyə şadıq.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.