
Vəzifə öhdəlikləri:
Şirkətə məxsus nəqliyyat vasitəsi ilə tibbi məhsulların xəstəxana, klinika və digər ünvanlara təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
Təyin olunmuş gündəlik marşrut və çatdırılma planına uyğun hərəkət etmək;
Məhsulların müşayiətedici sənədlərə uyğun olaraq təhvil verilməsini təmin etmək;
Qaimə və təhvil-təslim sənədlərinin imzalanmasına, geri qaytarılmasına nəzarət etmək;
Məhsulların yüklənməsi və boşaldılması zamanı anbar əməkdaşlarına kömək göstərmək;
Daşınma zamanı məhsulların zədələnməməsinə və düzgün yerləşdirilməsinə diqqət yetirmək;
Nəqliyyat vasitəsinin təmizliyini və texniki vəziyyətini nəzarətdə saxlamaq;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmək;
Gün ərzində həyata keçirilən çatdırılmalar barədə aidiyyəti şəxsə məlumat vermək.
Tələblər:
B kateqoriyalı sürücülük vəsiqəsi;
Sürücü kimi iş təcrübəsi;
Bakı şəhərinin yollarını yaxşı tanımaq;
Təhlükəsiz və diqqətli avtomobil idarəetmə bacarığı;
Məsuliyyətli, intizamlı və punktual olmaq;
Sənədlərlə diqqətli işləmək bacarığı;
Komandada işləmək və zərurət olduqda yükləmə-boşaltma işlərinə kömək etmək bacarığı;
Məhsulların çatdırılması və logistika sahəsində təcrübə üstünlükdür.
İş şəraiti
Şirkət tərəfindən iş prosesində lazımi dəstək göstərilir.
İş yeri: Bakı şəhəri, Yasamal
Əməkhaqqı: müsahibə əsasında
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün 055 299 59 01 nömrəsi vasitəsilə Vatsap-dan əlaqə saxlaya bilərsiniz.