
Vəzifə öhdəlikləri:
Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz və təyinatı üzrə idarə etmək;
Sifarişlərə əsasən malların, sənədlərin və digər əşyaların vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək;
Malların təhlükəsizlik qaydalarına uyğun şəkildə yüklənməsini, boşaldılmasını, daşınmasını və təyinat məntəqəsində tam, salamat və vaxtında təhvil verilməsini həyata keçirmək.
Nəqliyyat vasitəsinin fasiləsiz, qəzasız və səmərəli istismarını təmin etmək;
Avtomobilin texniki vəziyyətinə və təmizliyinə daim nəzarət etmək;
Cari və profilaktik təmir, texniki baxışların vaxtında keçirilməsini təmin etmək;
Yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin istismar təlimatlarına ciddi riayət etmək;
Yol vərəqələrinin və yanacaq kartlarının düzgün əldə olunmasını və təhvil verilməsini təmin etmək;
Nəqliyyat vasitəsindən yalnız xidməti məqsədlər üçün istifadə etmək;
Şirkətin daxili nizam-intizam qaydalarına, prosedurlarına, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar-gigiyena qaydalarına riayət etmək;
Şirkətin daxili qaydalarına, müəyyən edilmiş standart və prosedurlara, həmçinin əmək qanunvericiliyinin tələblərinə riayət etmək;
Şirkətin məxfilik siyasətini qorumaq və rəhbərliyin verdiyi qanuni tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər
B kateqoriyalı sürücülük vəsiqəsi;
Ekspeditor-sürücü və ya sürücü kimi iş təcrübəsi arzuolunandır;
Yol hərəkəti qaydalarını yaxşı bilmək;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək və ünsiyyət bacarığı.
İş rejimi və əmək haqqı:
Əmək haqqı – 700 manat
İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ekspeditor-Sürücü” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.