
İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1
Tələblər:
Orta təhsil;
Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
BC kateqoriyası üzrə sürücülük vəsiqəsi;
Mexaniki sürətlər qutusu idarə etmə bacarığı;
Müştəriyönümlülük;
Ünsiyyət bacarığı.
Vəzifə və Öhdəliklər:
Gündəlik olaraq zavod ərazisində yerləşən istirahət otaqlarına və ofis binasının bütün mərtəbələrinə içməli suyun çatdırılmasını və təmin edilməsini həyata keçirmək;
İstehsalat sahəsində iş aparılan ərazilərə birbaşa rəhbərin razılığı əsasında əlavə su təminatını həyata keçirmək;
Gündəlik verilən suyun, eləcə də dolu və boş su qablarının uçotunu aparmaq, su anbarına nəzarət etmək və müvafiq hesabatı birbaşa rəhbərinə təqdim etmək;
İçməli su ehtiyatını izləmək və tələbat əsasında təchizatçıya sifariş vermək;
Zavod ərazisində yerləşən tullantı konteynerlərini gündəlik yoxlamaq və onların vaxtında boşaldılmasını təmin etmək;
Ərazi və ofis yaxınlığında yerləşən tullantı qablarının boşaldılması;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
Birbaşa rəhbər tərəfindən verilən digər inzibati və təsərrüfat xarakterli tapşırıqları yerinə yetirmək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.