
Vəzifənin məqsədi
Vəzifənin məqsədi Şirkətin məhsullarının müştərilərə vaxtında, təhlükəsiz və keyfiyyət tələblərinə uyğun şəkildə çatdırılmasını təmin etmək.
Daşınma zamanı məhsulların temperatur rejiminin və gigiyenik normaların qorunmasına nəzarət etmək.
Tələblər:
Anbardan məhsulları qaimə əsasında təhvil almaq və müştərilərə vaxtında çatdırmaq.
Məhsulların daşınması zamanı temperatur rejimi qaydalarına riayət etmək.
Çatdırılma zamanı malların bütövlüyünü və keyfiyyətini qorumaq.
Müştərilərə təqdim edilən qaimə, hesab-faktura və digər sənədlərin düzgün imzaladılmasını təmin etmək.
Nağd və ya POS vasitəsilə ödənişləri qəbul etmək (əgər tətbiq edilirsə) və vaxtında mühasibatlığa təhvil vermək.
Gündəlik marşrut üzrə çatdırılmaları plan üzrə icra etmək.
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək, nasazlıq olduqda rəhbərliyə məlumat vermək.
Avtomobilin sanitar vəziyyətini daim təmiz və qida daşınmasına uyğun saxlamaq.
Yanacaq sərfiyyatına nəzarət etmək və yol vərəqələrini düzgün doldurmaq.
Müştərilərlə etik və nəzakətli davranmaq, şirkətin imicini qorumaq.
Hazır sifarişlərin qaimə əsasında yoxlanılmasında iştirak etmək, məhsulların çeşid və miqdar baxımından uyğunluğunu təmin etmək və malların nəqliyyat vasitəsinə düzgün şəkildə yüklənməsinə nəzarət etmək.
Rəhbərlik tərəfindən müəyyən edilmiş ünvanlardan və ya təchizat nöqtələrindən malların vaxtında və düzgün şəkildə götürülməsini təmin etmək.
Götürülmüş sifarişlərin anbara təhvil verilməsi prosesində digər əməkdaşlarla birlikdə iştirak etmək və malların düzgün şəkildə anbara yerləşdirilməsinə nəzarət etmək.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Karyera inkişaf imkanı
Mehriban və peşəkar komanda
Tələblər
BC kateqoriyalı sürücülük vəsiqəsi;
Sürücü-ekspeditor və ya satış sahəsində minimum 1-2 il iş təcrübəsi;
Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımaq;
Satış və ünsiyyət bacarıqları;
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Komandada işləmək bacarığı;
Müştəri yönümlü yanaşma.
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Sürücü” qeyd olunmalıdır.
Şirkət haqqında
Balique müştərilərinə hər gün təzə və yüksək keyfiyyətli dəniz məhsulları təqdim edən etibarlı dəniz məhsulları marketidir. Şirkət dayanıqlı tədarük prinsiplərinə sadiq qalaraq geniş çeşiddə balıq və digər dəniz məhsulları təklif edir, yüksək xidmət keyfiyyəti və müştəri məmnuniyyətini əsas prioritet hesab edir.