
Vəzifə öhdəlikləri:
Şirkət rəhbərliyinin və əməkdaşların təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
Nəqliyyat vasitəsini təmiz, saz və istismara yararlı vəziyyətdə saxlamaq;
Gündəlik marşrut və tapşırıqları vaxtında yerinə yetirmək;
Avtomobilin texniki vəziyyətinə nəzarət etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Yanacaq sərfiyyatı, texniki baxış və digər nəqliyyat sənədlərinin uçotunu aparmaq;
Yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına ciddi riayət etmək;
Avtomobilə aid sənədlərin etibarlılıq müddətlərinə nəzarət etmək;
Rəhbərliyin tapşırığı əsasında şəhərdaxili və şəhərlərarası səfərləri həyata keçirmək;
Namizədə tələblər:
Ən azı orta təhsil;
Müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
Minimum 3 il sürücülük təcrübəsi;
Bakı şəhərini və əsas marşrutları yaxşı tanımaq;
Yol hərəkəti qaydalarını mükəmməl bilmək;
Məsuliyyətli, nizam-intizamlı və etibarlı olmaq;
Maraqlanan namizədlər mövzu yerində “Sürücü” yazmaqla öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.