
İş barədə məlumat:
Fabrik ərazisində ATECO yük avtomobili ilə istehsalat sexlərindən yumurtaların anbara daşınmasını təmin etmək;
Gün ərzində 5 reys icra olunmasını təmin etmək;
Daşıma zamanı məhsulun təhlükəsizliyinə və düzgün yüklənməsinə nəzarət etmək;
Avtomobilin texniki vəziyyətini gündəlik yoxlamaq və sazlığını təmin etmək;
İstifadə etdiyi avtomobilin təmizliyinə, yanacaq sərfiyyatına və sazlığına cavabdehlik daşımaq;
Nəqliyyat vasitəsinin istismar qaydalarına ciddi şəkildə riayət etmək;
Sex əməkdaşları ilə koordinasiyalı işləmək;
6 günlük iş rejimi (08:00 - 17:00) və həftədə bir gün istirahət;
Nahar şirkət tərəfindən təmin edilir;
Servis mövcüddur (Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir);
Əmək haqqı: Müsahibə əsasında;
İdarə olunacaq avtomobilin markası: ATECO (yük avtomobili).
Tələblər:
BC kateqoriyalı sürücülük vəsiqəsi;
Yaş həddi: 21 - 45 yaş arası;
Oxşar sahədə minimum 1 il iş təcrübəsi (istehsalat və ya anbar nəqliyyatı üzrə təcrübə üstünlükdür);
Hacıqabul, Şirvan və Sabirabad ray. olan namizədlərə üstünlük veriləcəkdir;
Yük avtomobillərinin idarəsində məsuliyyətli və diqqətli olmaq;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmək bacarığı;
Texniki baxış və gündəlik avtomobil təftişini aparmaq bacarığı;
Dürüst, punktual və komandada işləmə bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.