
Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması
Növbə: Gündüz və yaxud gecə
İş rejimi: Qanunvericiliyə uyğun olaraq
Vəzifə öhdəlikləri
Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərək yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
Yük avtomobillərinin təmizliyinə və texniki vəziyyətinə gündəlik nəzarət etmək, nasazlıqları vaxtında texniki heyətə bildirmək;
Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq;
Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək;
Sənədlərin düzgün şəkildə doldurulması, qəbulu və təhvili.
Tələblər
Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi;
Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi;
Yük maşınlarının idarə olunmasında təcrübə;
Məsuliyyətli, intizamlı və etibarlı olmaq;
Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq;
Minimum yaş həddi – 21 yaş.
Üstünlüklər
ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir;
Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir;
Texniki biliklərin olması əlavə üstünlükdür;
Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.