
Şirkətimiz “Sürücü” vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumatlar:
Əmək haqqı: Net 1000 AZN;
Nahar şirkət tərəfindən verilir;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Vakansiya növü - tam ştat;
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
İşin Təsviri:
Şirkət rəhbərini və ailə üzvlərini müvafiq yerdən götürmək və ünvana çatdırmaq;
Lazımı sənədləri müvafiq yerlərə təhvil vermək;
Avtomobil rəhbərin özündə qalır;
Yay mövsümunda rəhbəri səhər 08:30-da Mərdəkan bağından götürmək (2-3 ay);
Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız sürmək;
Avtomobili təmiz, səliqəli və texniki istismara yararlı vəziyyətdə saxlamaq;
Avtomobilin yanacaqla təmin olunmasına nəzarət etmək;
Avtomobildə yaranmış nasazlıqlar haqqında dərhal xəbər vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
2 ildən yuxarı iş təcrübəsi;
Sürücülük vəsiqəsi: BC kateqoriyasına üstünlük veriləcək;
Yaş həddi 25-35 yaşa qədər;
İş saatı: 09:00-18:00 qədər;
Gigiyena baxımından təmizkar, səliqəli və sağlam olmalı;
Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrutu düzgün seçmək bacarığı;
Yol hərəkəti qaydalarını bilmək və intizamla əməl etmək;
Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Sürücü” qeyd etməklə göndərə və ya 010 236 10 52 nömrəsi ilə əlaqə saxlaya bilərlər.