
Mazarina Trade Company komandasını genişləndirir!
Hazırda aşağıdakı vakansiyalar üzrə işçi qəbulu həyata keçirilir:
1. İSUZU YÜK AVTOMOBİLİ SÜRÜCÜSÜ
Əməkhaqqı: 750 AZN (sabit maaş)
İş qrafiki: 5 günlük
İş saatı: 08:00-dan başlayır, maksimum 18:00-a qədər (təslimat daha tez başa çatdıqda iş günü daha erkən bitə bilər).
Namizədə tələblər:
Yük avtomobili idarəetmə təcrübəsi (Isuzu və ya oxşar tipli avtomobillərdə təcrübə)
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmaq
Yol hərəkəti qaydalarına ciddi riayət etmək və təhlükəsiz idarəetmə vərdişlərinə malik olmaq
Məsuliyyətli, intizamlı və diqqətli olmaq
2. SÜRÜCÜ KÖMƏKÇİSİ
Əməkhaqqı: 600 AZN
İş qrafiki: 5 günlük
İş saatı: 08:00–17:00
İşin xüsusiyyəti:
Sürücü ilə birlikdə hər iş günü Xaçmaz istiqamətinə təslimat həyata keçirir və gün ərzində geri qayıdır.
Namizədə tələblər:
Məsuliyyətli və intizamlı olmaq
Fiziki cəhətdən işə uyğun olmaq
Komanda ilə işləmə bacarığı
Sürücü ilə birlikdə məhsulların yüklənməsi və təslimatında iştirak etmək
İş yeri: Bakmil metrosu yaxınlığında, Azera Holding ərazisində yerləşən Mazarina Trade Company Təslimat şöbəsi.
Maraqlanan namizədlər CV-lərini 010 256 00 52 nömrənin Vatsapına uyğun olduqları vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.