
Core Construction MMC öz komandamıza qoşulmaq üçün HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı olan təcrübəli sürücülər axtarır.
Vəzifə öhdəlikləri:
Özüboşaldan yük maşınlarının təhlükəsiz və düzgün idarə edilməsi;
Tikinti sahəsində torpaq, qum, çınqıl və digər materialların daşınması;
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət edilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər:
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması;
HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı;
Ağırtonnajlı nəqliyyat vasitələrinin idarə olunması üzrə təcrübə;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Tikinti sahəsində işləməyə hazır olmaq.
İş şəraiti:
İş yeri: Kəlbəcər rayonu
İşçilər üçün yemək təmin edilir.
Qalmaq üçün yaşayış yeri təmin edilir.
Maraqlanan namizədlər CV-lərini Özüboşaldan yük maşını sürücüsü başlığı altında [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.