Vakansiyanın tələbləri:
Təhsil: Orta və ya ali;
İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il;
Sürücülük vəsiqəsi (B- C kateqoriyası);
Çeviklik;
Məsuliyyət.
Vəzifə öhdəlikləri:
Şirkət tərəfindən verilmiş nəqliyyat vasitəsini əvvəlcədən müəyyən olunmuş marşurt üzrə idarə etmək;
Nəqliyyat vasitəsi yol hərəkəti qaydalarına və təhlükəsizlik qaydalarına uyğun düzgün şəkildə idarə etmək;
Nağd pul və digər qiymətlilərin daşınması üzrə müvafiq təlimat qaydalarına riayət etmək;
Avtomobilin və avadanlıqların texniki vəziyyətinə nəzarət etmək;
Fövqəladə hallar zamanı əvvəlcədən müəyyən olunmuş təlimatlara əməl etmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi [email protected] elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.