Vəzifə öhdəlikləri:
Rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişlərin vaxtında və dəqiq icra olunması;
Şirkətə aid avtomobillərin təhlükəsiz və cavabdeh şəkildə idarə edilməsi;
Təyin olunmuş marşrutlar üzrə şəhərdaxili və şəhərdənkənar gediş-gəlişlərin, eləcə də sənəd/yük daşımalarının həyata keçirilməsi;
Avtomobilin texniki vəziyyətinə, təmizliyinə (daxili və xarici) nəzarət edilməsi və texniki baxış vaxtlarının izlənilməsi;
Yol hərəkəti qaydalarına ciddi riayət olunması.
Tələblər:
Sürücülük vəsiqəsi (B kateqoriyası mütləqdir);
Minimum 3-5 il sürücülük təcrübəsi (şirkət və ya rəhbər sürücüsü kimi təcrübə arzuolunandır);
Yol hərəkəti qaydalarını mükəmməl bilmək və intizamlı sürüş vərdişləri;
Bakı şəhərini və küçələrini yaxşı tanımaq;
Məsuliyyətli, punktual, səliqəli və etik davranış qaydalarına riayət edən;
İş şəraiti:
İş yeri: Baş ofis – Onvolt MMC, Ceyhun Hacıbəyli 194
İş qrafiki: 5/7 (saat 10:00–19:00), 6-cı gün qısa iş günü.
Əməkhaqqı: 800 AZN.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Sürücü" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.