
“GESCO” ASC Təchizat və Logistika Departamentinə Təchizat üzrə Mütəxəssis axtarır.
İş şəraiti:
Əməkhaqqı: 1700 AZN (NET)
İş yeri: Bakı, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
İş qrafiki: I–V günlər, 09:00–18:00
Nahar: 13:00–14:00
AR Əmək Məcəlləsinə əsasən rəsmi rəsmiləşdirmə
Namizədə əsas tələblər:
İqtisadiyyat, Təchizat və ya Maliyyə üzrə ali təhsil
Müvafiq sahədə 3+ il iş təcrübəsi
İngilis dili — B1–B2
MS Office proqramlarında əla səviyyədə işləmək və 1C biliyi
Daxili və xarici satınalma prosesləri üzrə bilik
CIPS sertifikatı arzuolunandır
Yüksək kommunikasiya, operativ qərarvermə və analitik düşünmə bacarığı
Məsuliyyətli, dəqiq və etibarlı olmaq
Komandada işləmək bacarığı
Əsas vəzifələr:
Tender, RFQ, RFI və RFP proseslərinin idarə edilməsi, təchizatçıların araşdırılması və qiymətləndirilməsi, kommersiya təkliflərinin təhlili, danışıqların aparılması, PO və müqavilələrin hazırlanması, ERP-də satınalma proseslərinin idarə edilməsi, logistika və çatdırılmaya nəzarət, həmçinin bazar qiymətləri və təchizat risklərinin izlənilməsi.
Müraciət üçün CV-nizi mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə [email protected] / [email protected] elektron poçt ünvanına göndərin.