
Səhiyyə sektorunda fəaliyyət göstərən komandamıza tibbi avadanlıqların satınalma və təchizat proseslərini idarə edə biləcək məsuliyyətli və analitik düşüncəli əməkdaş axtarırıq.
Ünvan - Bakı, Azərbaycan / Full-time
Əsas vəzifələr:
Tibbi avadanlıq və sərf materialları üzrə təchizat prosesinin idarə olunması
Yerli və xarici təchizatçılarla kommunikasiya və qiymət danışıqları
Kommersiya təkliflərinin toplanması və müqayisəli analizlərin aparılması
Satınalma sənədlərinin hazırlanması və sifarişlərin izlənilməsi
Logistika və çatdırılma prosesinə nəzarət
Bazar araşdırması və alternativ təchizatçıların müəyyən edilməsi
Tələblər:
Təchizat / satınalma sahəsində təcrübə
Tibbi avadanlıq sahəsində təcrübə mütləq
İngilis,Rus dili biliyi (yazılı və şifahi)
MS Office proqramlarında işləmə bacarığı
Analitik düşüncə və güclü kommunikasiya bacarıqları
Danışıqlar aparmaq və proses idarəetmə qabiliyyəti
Biz təklif edirik:
Dinamik və peşəkar iş mühiti
Karyera inkişaf imkanları
Rəqabətli əmək haqqı və bonus sistemi
Beynəlxalq tərəfdaşlarla işləmək imkanı
CV-lərinizi “Procurement Specialist” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.