
Nexia Azerbaijan Audit Təcrübə Proqramına namizədlər qəbul edir.
Karyeranı audit sahəsində qurmaq, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək istəyən yeni məzunları komandamıza qoşulmağa dəvət edirik.
Qeyd: Təcrübə proqramı tam ödənişlidir və iştirakçılarla Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi bağlanılır.
İş təsviri
Beynəlxalq Audit Standartlarına (ISA) uyğun audit layihələrində audit komandasına dəstək göstərmək;
Müştərilərin maliyyə hesabatlarının hazırlanması və yoxlanılması prosesində dəstək göstərmək;
Digər peşəkar xidmət layihələrində dəstək göstərmək;
Audit zamanı yaranan məsələlərin araşdırılmasında komanda üzvlərinə kömək etmək;
Komandanın gündəlik fəaliyyətində və digər tapşırıqların icrasında aktiv iştirak etmək.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznes ixtisası üzrə məzun ;
Azərbaycan dillində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
Analitik düşünmə və detallara diqqət yetirmək bacarığı;
Komandada işləmək və öyrənməyə həvəsli olmaq;
Məsuliyyətli, təşəbbüskar və operativ işləmək bacarığı;
Ezamiyyətlərdə iştirak etməyə hazır olmaq;
Tam iş qrafiki ilə işləmək və zərurət olduqda əlavə iş saatlarında işləməyə hazır olmaq.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.