İşin təsviri;
Sosial media və reklam materiallarının dizaynının hazırlanmasına dəstək olmaq
Hazırlanmış xüsusi dizayn konseptləri üzrə işlərin vahid stilistika üzrə davam etdirilməsi
Yeni dizayn trendlərinin araşdırılması və tətbiqi üzrə təkliflər vermək
Hazırlanmış dizaynların fərqli platformalar və ölçülər üzrə adaptasiyası
Bu sahə üzrə mütəmadi öz üzərində işləmə və yenilikləri tətbiq etmə
İş şərtləri:
Şəhərin mərkəzində rahat ofis
Kompüter ilə təmin olunma
Mehriban və kreativ komanda mühiti
İş qrafiki: 09:00-18:00 (həftədə 5 gün)
Təcrübəçinin yol və nahar xərcləri qarşılanır
Təcrübə müddəti 3 aylıqdır, təcrübə müddətini uğurla başa vurmuş namizədlər işə alınacaqdır.
Namizədə tələblər:
Qrafik dizayn sahəsinə maraq və öyrənmə istəyi
Süni İntellekt alətlərindən məlumatlı olma və istifadə bacarığı
Adobe Photoshop, Illustrator və digər dizayn proqramları ilə işləmək
Yaradıcılıq və kreativ düşüncə tərzi
Rəng və kompozisiya anlayışı
Təşəbbüskar olma və verilən tapşırıqlar üzrə daim təkliflər vermə
Təcrübə proqramı Sizə nə qazandıracaq?
Ölkənin iri miqyaslı biznes tədbirlərinin vizual konseptinin hazırlanmasında iştirak
Portfolionuzun professional formalaşması
Sektor üzrə geniş networking imkanı
Professional komandadan davamlı öyrənmə və tətbiq imkanı
Yeni ideyalara tam açıq olma və yeni ideyaların dəstəklənməsi
Kreativ və visual konseptlərin hazırlanmasında professional dəstək
Müraciət üçün CV və portfolionuzu "Graphic Design Internship" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.