
Əsas vəzifələr:
Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsində Marketinq komandasına dəstək olmaq;
Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması prosesində iştirak etmək;
Reklam kampaniyalarının gündəlik monitorinqində və nəticələrin izlənilməsində iştirak etmək;
Reklam kampaniyalarının əsas göstəricilərini (CTR, CPC, CPM, CPA, ROAS və s.) öyrənmək və analiz etmək;
Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və remarketing kampaniyalarının hazırlanması prosesində dəstək olmaq;
Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə işləməyi öyrənmək və istifadəçi davranışlarının təhlilinə dəstək olmaq;
Veb-saytın rəqəmsal performansının və SEO göstəricilərinin izlənilməsində iştirak etmək;
Rəqib və bazar araşdırmalarının aparılmasına dəstək olmaq;
Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;
Influencer əməkdaşlıqları və rəqəmsal marketinq layihələrinin həyata keçirilməsində dəstək olmaq;
İş şəraiti:
Əmək haqqı: 200 azn Nett əmək haqqı (Şirkət tərəfindən verilir)
İş yeri: Bakı şəhəri, 25 Plaza;
İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);
Əmək münasibətləri: AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
Namizədə tələblər:
Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil alan və ya yeni məzun olmuş namizədlər;
Rəqəmsal marketinq sahəsinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;
Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal marketinq platformaları haqqında ilkin biliklərin olması üstünlükdür;
Müvafiq kurs, sertifikat və ya şəxsi layihələrin olması üstünlükdür.
SEO və SEM haqqında ümumi anlayış;
Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;
Analitik düşüncə və rəqəmlərlə işləməyə maraq;
Öyrənməyə açıq və inkişafyönümlü olmaq;
Yaradıcı və təşəbbüskar yanaşma;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.