
Korporativ satış və biznes konsaltinq sahəsində fəaliyyət göstərən şirkətimizə enerjili, məsuliyyətli və inkişaf yönümlü Təcrübəçi axtarırıq.
Bu proqram çərçivəsində namizəd həm ofis idarəetməsi və koordinasiya proseslərində iştirak edəcək, həm də real satış və biznes proseslərini praktiki şəkildə öyrənəcək.
Vəzifə öhdəlikləri:
Ofisdaxili gündəlik proseslərin koordinasiyası
Yeni əməkdaşların adaptasiya prosesində iştirak
Ofis nizam-intizamı və iş axınının idarə olunmasına dəstək
Görüş və daxili tapşırıqların təşkil olunması
Komanda daxilində kommunikasiya və koordinasiya işlərinin aparılması
Satış proseslərinin müşahidəsi və praktiki iştirak
Müştəri münasibətləri və korporativ satış sahəsində ilkin biliklərin əldə olunması
Hesabatların və daxili sənədlərin hazırlanmasına dəstək
Namizəddən tələblər:
Xanım namizəd
Ali təhsil
Ünsiyyət və təşkilatçılıq bacarığı
Məsuliyyətli və operativ olmaq
Komanda ilə işləmə bacarığı
İnkişafa və öyrənməyə açıq olmaq
Ofis proqramlarında ilkin işləmə bacarığı üstünlükdür
Satış və idarəetmə sahəsinə maraq
Təklif edirik:
Real iş mühitində praktiki təcrübə
Korporativ satış və biznes idarəetməsi üzrə inkişaf imkanı
Mentorluq və peşəkar yönləndirmə
Dinamik və inkişaf yönümlü komanda mühiti
Uğurlu namizədlər üçün gələcək əməkdaşlıq imkanı
Təcrübə Detalları:
İş günləri və saatı: Bazar ertəsi – Cümə / 09:00 – 18:00
Müddət: 3 ay
Format: Tam iş rejimi
Qeyd:
Təcrübə proqramını uğurla tamamlayan namizədlər SalArchi Group şirkətində “Koordinator” kimi işə qəbul ediləcəklər.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusunda “Təcrübəçi” yazmağınız kifayətdir.