Qeyd: Bakalavr və magistr təhsili bitirmiş şəxslər müraciət edə bilər!
Bu proqram sənə nə qazandıracaq?
Real iş mühitində satış prosesini sıfırdan öyrənmək;
Müştəri ilə düzgün ünsiyyət qurmaq və ehtiyaclarını müəyyənləşdirmək;
Telefon və digər kommunikasiya kanalları üzərindən effektiv satış aparmaq;
Etirazlarla işləməyi və satışa çevirmə bacarığını inkişaf etdirmək;
CRM və satış prosesinin idarə olunması ilə tanış olmaq;
Facemark-ın təşkil etdiyi real tədbirlər və layihələr üzərində praktiki təcrübə qazanmaq;
Uğurlu nəticə göstərdiyin halda komandanın bir hissəsi olmaq imkanı əldə etmək.
Səndən nə gözləyirik?
Ünsiyyət qurmağı sevən və insanlarla rahat danışan;
Satış sahəsinə marağı olan və bu istiqamətdə inkişaf etmək istəyən;
Öyrənməyə açıq, enerjili və təşəbbüskar;
Qarşısına qoyulan hədəflərə çatmağa fokuslanan;
Dinləmə və inandırma bacarığı güclü;
Məsuliyyətli və komanda ilə işləməyi bacaran;
Öhdəliklərin nələr olacaq?
Facemark tədbirləri ilə bağlı potensial iştirakçılarla əlaqə saxlamaq;
Müştərilərə tədbirlər, proqramlar və iştirak imkanları haqqında məlumat vermək;
Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun tədbir və iştirak formasını təklif etmək;
Daxil olan müraciət və zənglərin cavablandırılmasında iştirak etmək;
Satış prosesinin mərhələlərini izləmək və nəticələri sistemdə qeyd etmək;
Potensial müştərilərlə davamlı əlaqə saxlamaq və follow-up etmək;
Satış hədəflərinin yerinə yetirilməsinə töhfə vermək;
Tədbir öncəsi və tədbir zamanı satış komandası ilə koordinasiyada iştirak etmək.
Facemark ailəsinə qoşulmaq istəyirsinizsə, CV-nizi mövzu hissəsində "Satış üzrə Təcrübəçi" qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.