
Vəzifənin məqsədi:
Layihələrin sahədə icrasının izlənməsi, sahə komandası ilə koordinasiya və texniki sənədləşdirmə proseslərində dəstək göstərmək.
Vəzifə öhdəlikləri:
Sahədə görülən işlərin layihə və çertyojlara uyğunluğunu izləmək
Ölçü götürülməsi və iş həcmlərinin qeydiyyatında iştirak etmək
Gündəlik və həftəlik hesabatların hazırlanmasına dəstək olmaq
Materialların qəbul və sərfiyyat proseslərini izləmək
Texniki sənədlərin və iş jurnallarının hazırlanmasına kömək etmək
Sahə rəhbəri və layihə komandasının verdiyi tapşırıqları yerinə yetirmək
Tələblər:
İnşaat mühəndisliyi üzrə bakalavr məzunu və ya magistratura tələbəsi
AutoCAD proqramı üzrə ilkin biliklər
Texniki çertyojları oxumaq bacarığı
Məsuliyyətli, öyrənməyə həvəsli və komandada işləmə bacarığı
Tam iş qrafikində (Full-time) işləmək imkanı
Üstünlükdür:
Tikinti sahəsində təcrübə və ya təcrübə proqramlarında iştirak
MS Office proqramlarından istifadə bacarığı
Revit və ya digər mühəndislik proqramları üzrə ilkin biliklər
Əmək haqqı bilik bacarıqlara görə təyin ediləcəkdir.
Maraqlanan namizədlər cv-lərini subject hissəsində vakansiya adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.