
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Əsasən gecə növbəsi, zərurət yarandıqda gündüz növbəsinə cəlb oluna bilər.
Əməkhaqqı: 800 – 1300 AZN (bilik və təcrübədən asılı olaraq)
Vəzifə öhdəlikləri
Şirkətin avtobuslarında quraşdırılmış CCTV (kamera) sistemlərinə texniki dəstəyin göstərilməsi.
Kamera və DVR sistemlərinin quraşdırılması, sazlanması və test edilməsi.
Kamera, DVR və əlaqəli kabellərin nasazlıqlarının diaqnostikası və aradan qaldırılması.
Nasaz kamera və DVR avadanlıqlarının dəyişdirilməsi.
Avtobuslarda qapı monitorlarının nasazlığı zamanı diaqnostikasının aparılması, monitorların dəyişdirilməsi və təmir üçün aidiyyəti üzrə göndərilməsi.
Kamera görüntülərinin və DVR sistemlərinin düzgün işləməsinə nəzarət.
Yeni avadanlıqların quraşdırılması və mövcud sistemlərə texniki baxışın keçirilməsi.
Görülən texniki işlər barədə qısa hesabatların hazırlanması.
Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
CCTV kamera və DVR sistemləri üzrə bilik və ya iş təcrübəsi.
Kamera, DVR və şəbəkə kabelləri ilə işləmək bacarığı.
Windows əməliyyat sistemi, kompüter avadanlıqları və lokal şəbəkələr üzrə əsas İT bilikləri.
Elektronika üzrə əsas biliklərə sahib olmaq.
Texniki nasazlıqları operativ müəyyən edib aradan qaldırmaq bacarığı.
Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
Gecə növbəsində işləməyə hazır olmaq.
Üstünlük hesab olunur
CCTV, DVR və IP kamera sistemləri ilə iş təcrübəsinin olması.
Kamera və DVR sistemləri ilə iş təcrübəsi.
Təklif edirik
Rəsmi əmək müqaviləsi.
Stabil və uzunmüddətli iş mühiti.
Peşəkar inkişaf imkanı.
Əməkhaqqı: 800 – 1300 AZN (təcrübə və bilik səviyyəsinə uyğun).
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə “İT Texniki’’ qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.
Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123, mobil nömrə: 055 500 6776