İş yeri: Velosiped əraziləri
Tələblər:
Yaş 22-35
Texniki sahə üzrə ilkin biliklər (mexanika sahəsində təcrübə üstünlükdür);
Fiziki cəhətdən sağlam və dözümlü olmaq;
Məsuliyyətli və intizamlı yanaşma;
Velosiped və skuter sürməyi bacarmaq;
Çevik, operativ və komandada işləmək bacarığı.
İş barədə məlumat:
Ərazi üzrə velosipedlərin və skuterlərin texniki vəziyyətinə nəzarət etmək;
Velosipedlərin və skuterlərin texniki baxışını keçirmək, sazlığını yoxlamaq və yerində kiçik təmir işlərini həyata keçirmək;
Velosipedlərin səliqəli vəziyyətdə saxlanılmasını və düzgün yerləşdirilməsini təmin etmək;
Ərazidə dəyişdirilməsi mümkün olan ehtiyat hissələrini yeniləmək və velosipedləri xəttdən çıxarmadan istifadəyə yararlı vəziyyətə gətirmək;
Məntəqədən kənarda qalan velosiped və skuterləri təyin olunmuş məntəqələrə qaytarmaq;
Zəruri hallarda nasaz velosiped və skuterləri servis mərkəzinə yönləndirmək.
İş qrafiki: 6 günlük, 09:00 – 18:00, həftəiçi 1 gün istirahət
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ şirkətdə yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Velosiped texniki” yazaraq [email protected] ünvanına göndərmənizi xahiş edirik
QEYD: CV əlavə olunmayan və e-mailin mövzu hissəsində vakansiyanın adı göstərilməyən müraciətlər nəzərdən keçirilməyəcək.
0552039889 (saat 09.00-dan 18.00-dək)