İş yeri: Abşeron Rayonu
İş rejimi: Növbəli
Əsas vəzifə öhdəlikləri:
İnyeksiya qəlibləmə maşınlarının təmir və texniki xidmətini həyata keçirmək;
Hava kompressorlarının təmir və texniki xidmətini həyata keçirmək;
Su-su soyutma sistemlərinin təmir və texniki xidmətini həyata keçirmək;
Hava-su soyutma sistemlərinin təmir və texniki xidmətini həyata keçirmək;
Termoforminq sistemlərinin təmir və texniki xidmətini həyata keçirmək;
Maşınların mexaniki, vakuum, pnevmatik və idarəetmə-elektrik sistemləri üzrə texniki xidmət və təmir işlərini həyata keçirmək;
İstehsalat avadanlıqlarının fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
Avadanlıqlarda yaranan nasazlıqları operativ şəkildə müəyyənləşdirmək və aradan qaldırmaq.
Namizədə tələblər:
Mühəndislik üzrə ali təhsil və ya texniki diplom;
Texniki xidmət və təmir sahəsində 2–5 il iş təcrübəsi;
Azərbaycan və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Əlavə üstünlüklər:
İnyeksiya qəlibləmə avadanlıqları ilə iş təcrübəsi;
Kompressor və soyutma sistemləri üzrə biliklər;
Termoforminq avadanlıqları üzrə təcrübə;
Mexaniki, vakuum və pnevmatik sistemlər üzrə praktiki biliklər;
Elektrik və idarəetmə sistemləri üzrə biliklər.
Maraqlanan namizədlər CV-lərini [email protected]z e-mail adresinə və ya 55 900 92 18 nömrənin vatsapına göndərə bilərlər.