
Vəzifə öhdəlikləri
Şirkətdə istifadə olunan texniki avadanlıqların saz vəziyyətdə işləməsinə nəzarət etmək;
Avadanlıqlarda yaranan nasazlıqları operativ şəkildə aradan qaldırmaq və ya aidiyyəti servis xidmətinə yönləndirmək;
Elektrik, santexnika, kondisioner, havalandırma və digər texniki sistemlərin gündəlik vəziyyətini yoxlamaq;
Profilaktik baxım işlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
Texniki avadanlıqların təhlükəsiz istismar qaydalarına riayət olunmasını təmin etmək;
Filiallarda yaranan texniki problemlərin operativ həllinə dəstək göstərmək;
Rəhbərlik tərəfindən verilən texniki xarakterli tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər
Texniki xidmət və ya təsərrüfat işləri sahəsində ən azı 10 il iş təcrübəsi;
Elektrik və ümumi texniki avadanlıqlar üzrə biliklər;
Məsuliyyətli, operativ və intizamlı olmaq;
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi, 8 saat;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Karyera yüksəlişi imkanı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Təsərrüfat işləri üzrə Mütəxəssis" qeyd olunması xahiş olunur.