
Tələblər:
Bu sahədə əvvəlki iş təcrübəsi arzuolunandır;
Mətbəx və stewarding işinin funksiyalarını bilmək;
İş öhdəliklərini dəqiq və vaxtında yerinə yetirmək;
Hotel standartlarına və müəyyən edilmiş prosedurlara riayət etmək;
Sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
Komandada işləmək bacarığı;
Çevik və dinamik iş mühitində işləməyə hazır olmaq;
Növbəli iş qrafikində işləmək və tələb olunduqda uzun saatlar işləməyə hazır olmaq;
Vəzifə öhdəlikləri:
Hotelin mətbəx və stewarding sahələrinin təmizliyini və səliqəsini təmin etmək;
Qab-qacaq, mətbəx avadanlıqları və digər inventarların yuyulmasını və təmiz saxlanılmasını təmin etmək;
Mətbəx avadanlıqlarını hotel standartlarına uyğun şəkildə təmizləmək və dezinfeksiya etmək;
Qab-qacaq və mətbəx inventarlarını düzgün şəkildə çeşidləmək, yerləşdirmək və istifadəyə hazır vəziyyətdə saxlamaq;
Mətbəx və iş sahələrində gigiyena və sanitariya standartlarına riayət etmək;
Tullantıların müəyyən edilmiş qaydalara uyğun şəkildə toplanmasını və ərazidən uzaqlaşdırılmasını təmin etmək;
Təmizlik vasitələri və avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
Anbar və iş sahələrində səliqənin qorunmasına dəstək olmaq;
Mətbəx komandasının gündəlik əməliyyatlarında zəruri dəstəyi göstərmək;
Avadanlıq və inventarlarda yaranan nasazlıq və ya zədələnmələr barədə rəhbərliyə məlumat vermək;
Əməyin mühafizəsi, təhlükəsizlik, gigiyena və hotel prosedurlarına riayət etmək.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq.