
Biz komandamıza peşəkar və məsuliyyətli çilingər axtarırıq. Namizəd müəssisənin avadanlıqlarının, texniki sistemlərinin və təsərrüfat sahələrinin təmirini və baxımını təmin etməlidir.
Vəzifə öhdəlikləri:
Məktəb ərazisində gündəlik texniki və təsərrüfat işlərinin həyata keçirilməsi;
Bina, sinif otaqları, ofislər və ümumi istifadə sahələrində yaranan kiçik texniki nasazlıqların aradan qaldırılması;
Mebel, qapı, pəncərə, kilid, elektrik avadanlıqları və digər qurğularla bağlı xırda təmir işlərinin görülməsi;
Elektrik, su, santexnika və digər texniki sistemlərdə yaranan problemlərin ilkin yoxlanılması və aidiyyəti əməkdaşlara məlumat verilməsi;
Məktəbin texniki avadanlıqlarının və inventarının düzgün istifadəsinə və vəziyyətinə nəzarət;
Təmir və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi;
Məktəb ərazisində avadanlıqların, mebellərin və digər əşyaların daşınmasına və yerləşdirilməsinə dəstək;
Tədbirlər, toplantılar və digər məktəb fəaliyyətləri zamanı texniki dəstəyin göstərilməsi;
Rəhbərliyin tapşırıqları əsasında digər texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi.
Namizədə tələblər:
Texniki və ya təsərrüfat sahəsində iş təcrübəsi;
Elektrik, santexnika, təmir və digər texniki işlər üzrə əsas biliklər;
Əl alətləri və texniki avadanlıqlardan düzgün istifadə bacarığı;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Fiziki işlərə uyğunluq;
Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı;
Komandada işləmək bacarığı;
Təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
Təkliflər:
Peşəkar komanda ilə işləmək imkanı;
Nahar ilə təmin olunma;
Könüllü tibbi sığorta təmin olunma;
İş şəraitinə uyğun xüsusi geyim və avadanlıqlar ilə təminat.
Maraqlanan namizədlər CV-lərini və müraciət məktublarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində mütləq “Çilingər” qeyd olunmalıdır.