
Süd prosesi, UHT, Sidel, Tetra Pak avadanlıqları barədə bilik üstünlükdür.
Əsas vəzifə öhdəlikləri:
İstehsalat avadanlıqlarında elektrik, elektronika, avtomatika və elektromexaniki nasazlıqların operativ diaqnostikası və aradan qaldırılması;
Elektrik sxemləri və texniki sənədlər əsasında nasazlıqların müəyyən edilməsi və kök səbəb analizinin aparılması;
PLC, HMI, VFD, sensorlar, mühərriklər, idarəetmə panelləri və təhlükəsizlik sistemlərinin diaqnostikası və texniki xidmətinin həyata keçirilməsi;
Avadanlıqların planlı preventiv və korrektiv texniki xidmətlərinin yerinə yetirilməsi;
Avadanlıqların planlı dayanmasından əvvəl yoxlanılması və potensial problemlərin müəyyən edilməsi;
Elektrik və mexaniki sistemlər üzrə texniki xidmət və nasazlıqların aradan qaldırılması;
Təkrarlanan nasazlıqlar üzrə kök səbəb analizinin aparılması və düzəldici tədbirlərin həyata keçirilməsi;
Yeni avadanlıqların quraşdırılması, istismara verilməsi və yoxlanılmasında iştirak etmək;
OŞA və LOTO prosedurlarına riayət etmək;
Görülən təmir və texniki xidmət işləri üzrə hesabatların hazırlanması.
Namizədə tələblər:
Mexanika, Elektrik, Avtomatlaşdırma və ya Mexatronika üzrə bakalavr dərəcəsi və ya diplom;
Minimum 3–5 il texniki xidmət və təmir təcrübəsi;
Qida, süd, içki və ya FMCG istehsalatında təcrübə üstünlükdür;
Azərbaycan və ingilis dillərini bilmək;
MS Office və kompüter bacarıqları;
Müraciət üçün CV-nizi 0559009218 vatsap nömrəsinə göndərə bilərsiniz.