
İş haqqında:
Azroksan MMC keyfiyyətə nəzarət komandasında çalışacaq, məhsul və proseslərin düzgünlüyünü yoxlayacaq, testləri və hesabatları aparacaq, avadanlıqların kalibrlənməsi və material istifadəsini nəzarətdə saxlayacaq keyfiyyətə nəzarət üzrə texnik axtarır.
Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaqdır.
Əsas vəzifələr:
İşlərin vizual yoxlamalarının, ölçü yoxlamalarının, kimyəvi, fiziki və funksional testlərin aparılması, qüsurlu işlərin müəyyən edilməsi və hesabatlaşdırılması.
Satınalma sifarişlərində tələb olunan keyfiyyət sənədlərinin mövcudluğunun və uyğunluğunun yoxlanılması, sənədlərin paylanmasının təmin edilməsi.
Bölmədə və təchizatçılarda istifadə olunan avadanlıqların və ölçmə dəzgahlarının kalibrləmə vəziyyətinin yoxlanılması, müddəti bitmiş və ya yararsız avadanlığın istifadəsinin qarşısının alınması.
Qəbul anbarlarında materialların saxlanma və istifadə müddətinin yoxlanılması, istifadə müddəti bitmiş materiallar üzrə laboratoriya ilə əlaqə saxlanılması.
Bütün yoxlama nəticələrinin Azroksan keyfiyyət sisteminə uyğun hesabatlaşdırılması, qeydiyyata alınması və arxivləşdirilməsi, təlim və sertifikasiya proqramlarında iştirakın təmin edilməsi.
Tələblər:
Kimya üzrə ali təhsil
Keyfiyyət yoxlamaları və sənədləşmə sahəsində 1-2 illik təcrübə
Avadanlıqların kalibrlənməsi və ölçmə proseslərinə dair bilik
Laboratoriya testləri və funksional sınaqlarla işləmə bacarığı
Analitik düşüncə və detallara diqqət
Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı
Təlim və sertifikasiya proqramlarında iştirak etməyə hazır olmaq
Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Keyfiyyətə nəzarət üzrə texnik” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.