
Regional texniki yoxlama məntəqələrimizdə fəaliyyət göstərmək üçün texnik-mexaniklər axtarırıq!
Əsas vəzifə öhdəlikləri:
Avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılması və əsas texniki sistem və konstruksiya elementlərinin nasazlıqlarının müəyyən edilməsi;
Texniki tələblərə cavab verməyən nəqliyyat vasitələrinin reysə buraxılmasının qarşısının alınması;
Yoxlama nəticələrinin elektron sistemdə və qeydiyyat jurnalında rəsmiləşdirilməsi;
Texniki yoxlama prosesinin müəyyən edilmiş tələblərə uyğun, fasiləsiz və operativ təşkili.
Namizədə tələblər:
Orta təhsil (texniki sahələr üzrə ali və ya orta ixtisas təhsili arzuolunandır);
Avtonəqliyyat vasitələrinə texniki xidmət, təmir və ya texniki baxış sahəsində iş təcrübəsi (üstünlük hesab edilir);
Avtonəqliyyat vasitələrinin texniki quruluşu, istismarı, həmçinin müvafiq sahənin qanunvericiliyinə dair biliklər;
Müvafiq texniki diaqnostika avadanlıqları və elektron sistemlərlə işləmə bacarığı.
İş yeri: Şəki, İmişli və Quba regional texniki müayinə məntəqələri
İş rejimi: 6 günlük
Əməkhaqqı: Müsahibə əsasında
CV üçün: [email protected]
İşəgötürən: Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Mövcud vakansiya ilə maraqlanan namizədlər [email protected] elektron poçt ünvanına mövzu xanasına "Texniki Müayinə üzrə Texnik-Mexanik" yazaraq CV göndərə bilərlər.