
Texnik-Mexanik - Kürdəmir, Şəki, Ağstafa və
Azerbaijan Ground Services MMC regional texniki yoxlama məntəqələrində fəaliyyət göstərmək üçün məsuliyyətli və peşəkar Texnik-Mexanik axtarır
İşəgötürən: Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Vəzifə öhdəlikləri:
Avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətini yoxlamaq, əsas texniki sistem və konstruksiya elementlərindəki nasazlıqları müəyyən etmək;
Texniki tələblərə cavab verməyən nəqliyyat vasitələrinin reysə buraxılmasının qarşısını almaq;
Yoxlama nəticələrini elektron sistemdə və qeydiyyat jurnalında rəsmiləşdirmək;
Texniki yoxlama prosesinin müəyyən edilmiş tələblərə uyğun, fasiləsiz və operativ təşkilini təmin etmək.
Namizədə tələblər:
Orta təhsil (texniki sahələr üzrə ali və ya orta ixtisas təhsili arzuolunandır);
Avtonəqliyyat vasitələrinə texniki xidmət, təmir və ya texniki baxış sahəsində iş təcrübəsi üstünlük hesab edilir;
Avtonəqliyyat vasitələrinin texniki quruluşu və istismarı, həmçinin müvafiq sahənin qanunvericiliyi üzrə biliklər;
Müvafiq texniki diaqnostika avadanlıqları və elektron sistemlərlə işləmək bacarığı.
İş yeri:
Şəki, Ağstafa və Kürdəmir regional texniki müayinə məntəqələri
İş rejimi: 6 günlük
Əməkhaqqı: Müsahibə əsasında
Bu rola uyğun olduğunuzu düşünürsünüzsə,
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Mövcud vakansiya ilə maraqlanan namizədlər [email protected] elektron poçt ünvanına mövzu xanasına "Texniki Müayinə üzrə Texnik-Mexanik" yazaraq CV göndərə bilərlər.