Vəzifə öhdəlikləri
Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar zamanı təhkim olunduğu əsas iş sahəsində, o cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə icra etmək;
Sensorların, transmitterlərin, ölçü cihazlarının və digər elektron cihazların quraşdırılmasını, sazlanmasını, kalibrlənməsini və texniki xidmətini həyata keçirmək;
Sənaye avtomatlaşdırma və idarəetmə sistemlərinin, və digər elektron idarəetmə sistemlərinin işinə nəzarət etmək və nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
Elektron avadanlıqlar arasında siqnal və kommunikasiya kabellərinin çəkilməsini, qoşulmasını, markalanmasını və texniki vəziyyətinin yoxlanılmasını təmin etmək;
Elektron və idarəetmə sistemlərində siqnalların, giriş-çıxışların (I/O), rabitə xətlərinin və enerji təchizatının yoxlanılmasını həyata keçirmək;
Avadanlıqların texniki xidmət və təmiri zamanı tələb olunan ölçmə cihazlarının, xüsusi alətlərin, ehtiyat hissələrinin və istehlak materiallarının mövcudluğunu təmin etmək və onların düzgün istifadəsinə nəzarət etmək;
Elektron avadanlıqların və sistemlərin texniki sənədlərini, elektrik və elektron sxemlərini, kabel cədvəllərini, avadanlıq pasportlarını və digər texniki sənədləri oxumaq və onlardan istifadə etmək;
Aparılmış texniki xidmət, təmir, sınaq və nasazlıqlar barədə müvafiq texniki hesabatları və iş qeydlərini hazırlamaq və təqdim etmək;
Elektron avadanlıqlar üzərində profilaktik texniki xidmət və planlı baxış işlərini həyata keçirmək, aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək;
Elektron avadanlıqlar üzərində işə başlamazdan əvvəl müvafiq enerji təcridetmə (LOTO), iş icazəsi (Permit to Work) və digər təhlükəsizlik prosedurlarının tətbiq edilməsini təmin etmək;
Partlayış təhlükəli zonalarda (Ex Zone) işləyərkən müvafiq partlayışdan mühafizə tələblərinə və təsdiq edilmiş prosedurlara riayət etmək;
Rəhbər tərəfindən tapşırılan digər işləri vəzifə təlimatına, daxili prosedurlara və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək.İşə başlamazdan əvvəl iş yerini, alətləri, avadanlıqları və fərdi mühafizə vasitələrini yoxlamaq;
Təmir və texniki xidmət işlərini təhlükəsizlik qaydalarına uyğun yerinə yetirmək;
İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş qaydada yerləşdirmək;
Namizədə tələblər
Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür);
Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər;
Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı;
SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər;
Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.