
Vəzifə öhdəlikləri:
Elektron avadanlığın quraşdırılması və servisə aid olan işləri yerinə yetirir
Kamerların, kabel xətlərinin, kilidləmə və təhlükəsizlik cihazlarının çəkilməsi.
Sistemlərin proqram təminatı ilə işləməsi, test edilməsi və nasazlıqların aradan qaldırılması.
Mövcud sistemlərə texniki baxış keçirilməsi və təmiri.
Tələblər
Elektrika və elektronika sahəsində biliklər (Avtomobil elektrikası və ya şəbəkə/internet xətlərinin çəkilişi üzrə təcrübə üstünlükdür).
Naqilsiz telemetriya və elektron idarəetmə sistemləri barədə məlumatlı olmaq.
Diaqnostika bacarığı və fiziki işə yararlıq.
Yaş həddi 20-35
İş şərtləri:
Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
İstirahət günləri – şənbə, bazar və bayram günlər
Əmək haqqı – 600-800 AZN
Ezamiyyətlər nəzərdə tutulmuşdur
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə "Quraşdırıcı-elektron təhlükəsizlik sistemləri üzrə" başlığı yazılmalıdır.